Modern.az

Naxçıvanda ağır qəza, 3 nəfər xəsarət alıb

Naxçıvanda ağır qəza, 3 nəfər xəsarət alıb

Hadisə

25 Aprel 2026, 14:43

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ