ABŞ hakimiyyəti Venesuela rəhbərliyi ilə bağlı qərar verib.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Nicolas Maduro və onun həyat yoldaşı Cilia Floresa narkotik ticarəti ilə bağlı iş çərçivəsində vəkil xidmətlərini Venesuela vəsaiti hesabına ödəməyə icazə verilib.
Qeyd olunur ki, bu qərar əvvəllər sanksiyalar səbəbindən mübahisələrə səbəb olmuşdu.
İttiham tərəfi Maduronun kokain qaçaqmalçılığında iştirak etdiyini və terror təşkilatları ilə əməkdaşlıq etdiyini iddia edir. Maduro və Flores isə irəli sürülən ittihamları rədd edirlər. Bildirilib ki, prokuror iş üzrə ilk məhkəmə iclasının 60 gün ərzində keçirilməsini istəyib.