Modern.az

Zelenski İlham Əliyevə təşəkkür etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Ölkə

Bu gün, 14:05

Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk.

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, - deyə Ukrayna Prezidenti vurğulayıb”.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək