Modern.az

İran Hörmüzdə interneti kəsməklə hədələdi

İran Hörmüzdə interneti kəsməklə hədələdi

Dünya

Bu gün, 14:15

İran Körfəz regionu üçün rəqəmsal fəlakət riski ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, SEPAH-a yaxın mənbələr Hörmüz boğazında yerləşən sualtı telekommunikasiya kabellərinin zədələnməsi halında ciddi nəticələr yarana biləcəyini bildiriblər.

Qeyd olunub ki, bu kabellərin eyni vaxtda sıradan çıxması Körfəz ölkələrinin internet əlaqəsinin kəsilməsinə və genişmiqyaslı “rəqəmsal fəlakət”ə səbəb ola bilər.

Bildirilib ki, boğazın dibi ilə yeddi əsas kabel xətti keçir və onlar Fars körfəzi ölkələrini Avropa, Asiya və Yaxın Şərqdəki məlumat mərkəzləri ilə birləşdirir. Diplomatik səbəblərdən bu kabellərin marşrutu Oman sularından keçir.

Ekspertlər, o cümlədən Stimson Center qeyd edir ki, qlobal məlumat trafikinin təxminən 15 faizi bu marşrutdan keçir və bu da regionu ABŞ və müttəfiqləri üçün strateji baxımdan həssas edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək