Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və deputat Nizami Səfərov oktyabrın 14-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Modern.az xəbər verir ki, səfər çərçivəsində deputatlar MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.
Azər Əmiraslanov İqtisadiyyat və maliyyə üzrə daimi komissiyanın, Nizami Səfərov isə sədri olduğu Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın iclasına qatılacaq.
Səfər oktyabrın 16-da başa çatacaq.