Modern.az

Xocavəndin mərkəzi parkı bərpa olunacaq

Xocavəndin mərkəzi parkı bərpa olunacaq

Qarabağ

1 İyun 2026, 11:50

Xocavənd şəhərində yerləşən mərkəzi park, inzibati bina və mədəniyyət mərkəzinin bərpası və təmirinin layihələndirilməsinə başlanılır.

Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Məlumata görə, qurum bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, layihələndirmə işləri 391.760 manata başa gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV