Modern.az

Ermənistan Zəngəzur dəhlizində işlərə başladı

Ermənistan Zəngəzur dəhlizində işlərə başladı

Qərbi Azərbaycan

20 İyul 2026, 12:28

Ermənistan Zəngəzur bölgəsindən keçən əsas dövlət avtomobil yollarından birində genişmiqyaslı təmir işlərinə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Yol Departamenti" Fondu məlumat yayıb.

Məlumata görə, İrəvan – Arazdəyən – Noraşen – Tatev – Qafan – Mehri – Ermənistan-İran sərhədi (M-2) dövlətlərarası avtomobil yolunun Zəngər yaşayış məntəqəsindən Borisovka kəndinədək olan hissəsində orta təmir işləri aparılır.

Bildirilib ki, təmir olunan yol sahəsinin ümumi uzunluğu 13,4 kilometr təşkil edir.

Layihə Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Qeyd edək ki, M-2 avtomobil yolu Ermənistanın cənubuna, o cümlədən Qafan, Mehri və İran sərhədinə çıxışı təmin edən əsas nəqliyyat arteriyalarından biri hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR