Modern.az

Göyçə gölündə su artır - 100 illik rekord

Göyçə gölündə su artır - 100 illik rekord

Qərbi Azərbaycan

Bu gün, 10:39

İyun ayında göldə suyun səviyyəsi 18 santimetr yüksəlib. Bu göstərici 1927-ci ildən aparılan müşahidələr üzrə iyun ayı üçün ikinci ən böyük artım hesab olunur.

Modern.az xəbər verir ki, bu barədə Hidrometeorologiya və Monitorinq Mərkəzinin rəhbəri Levon Azizyan məlumat verib.

Onun sözlərinə görə, iyun ayında daha böyük artım yalnız 1988-ci ildə qeydə alınıb.

Mərkəzin məlumatına əsasən, 2026-cı il Göyçə gölündən su buraxılışının minimum həcmi baxımından da rekord il ola bilər.

Beləliklə, 2026-cı ildə Göyçə gölündə həm su səviyyəsinin artımı, həm də göldən buraxılan suyun həcmi baxımından diqqətçəkən göstəricilər qeydə alınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...