Qərbi Zəngəzurda yerləşən Nüvədi kəndi (indiki Nrnadzor) yenidən gündəm olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tarixi Azərbaycan torpaqlarında yerləşən kəndə Ermənistanın çəkdiyi avtomobil yolu hələ də istifadəyə verilmir.
Nüvədi kəndinə gedən Şvanidzor-Nrnadzor yolunun əvvəlcə 2025-ci ilin sonunadək, daha sonra isə 2026-cı ilin martına qədər tamamlanacağı vəd edilsə də, tikinti yenə başa çatdırılmayıb.
Ermənistanın Ərazi İdarəetmə Nazirliyi tikintinin başa çatdırılması müddətinin bu dəfə 2026-cı ilin avqust ayına qədər uzadıldığını açıqlayıb.
Məlumata görə, layihənin ikinci mərhələsində yolun asfaltlanması nəzərdə tutulur. Lakin bunun nə vaxt həyata keçiriləcəyi hələlik məlum deyil.
Tarixi Nüvədi kəndi Ermənistanın cənubunda, Zəngəzur bölgəsində yerləşən ən ucqar yaşayış məntəqələrindən biridir. Hazırda kəndi Mehri və Ermənistanın digər hissələri ilə birləşdirən yeganə yol vaxtilə Azərbaycana uzanan dəmir yolu xətti üzərində salınmış, yararsız vəziyyətdə olan torpaq yoldur.
Əsrlər boyu azərbaycanlıların yaşadığı kənd 1991-ci ilin avqustunda erməni millətçilərinin təzyiqi ilə azərbaycanlılardan