Modern.az

II qrupda “xilas yolu” sayılan ixtisaslar - ən aşağı KEÇİD BALLARI

II qrupda “xilas yolu” sayılan ixtisaslar - ən aşağı KEÇİD BALLARI

Təhsil

Bu gün, 11:41
İxtisas seçimi mərhələsinə sayılı günlər qaldıqca abituriyentləri ən çox düşündürən məsələlərdən biri də universitet və ixtisaslar üzrə formalaşan keçid ballarıdır.

Xüsusilə imtahanda nisbətən aşağı nəticə göstərən abituriyentlər “Bu balla haraya qəbul olmaq mümkündür?”, “Hansı ixtisaslarda şansım daha yüksəkdir?” kimi suallara cavab axtarırlar.

Əksər hallarda seçim zamanı diqqət yalnız yüksək keçid balı tələb edən ixtisaslara yönəldiyi üçün daha real qəbul imkanı yaradan alternativ universitet və ixtisaslar kölgədə qalır. Halbuki düzgün araşdırılmış və balanslı seçim siyahısı abituriyentin qəbul şansını ciddi şəkildə artıra bilər.

Modern.az xəbər verir ki, AzEdu.az 2025-ci ilin qəbul nəticələrinə əsaslanaraq II ixtisas qrupu üzrə formalaşan keçid ballarını araşdırıb, ən aşağı balla tələbə qəbul edən ali təhsil müəssisələri və ixtisasların siyahısını hazırlayıb.

Bu siyahı abituriyentlər üçün seçim mərhələsində daha real təsəvvür formalaşdırmağa kömək edəcək.

2025-ci ilin qəbul nəticələrinə əsasən II ixtisas qrupu üzrə ən aşağı keçid balı Gəncə Dövlət Universitetinin “Turizm bələdçiliyi” (qiyabi forma) ixtisasında qeydə alınıb. Bu ixtisasa qəbul üçün keçid balı 155.3 olub.

Bakı Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas turizm işinin təşkili (Qazax filialı) olub. Bu ixtisas üzrə keçid balı əyani formada 155.1, qiyabi formada isə 159.4 bal təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 242.4 balla iqtisadiyyat, 251.5 balla tarix və coğrafiya müəllimliyi - Qazax filialı, 275.1 balla menecment, 304.5 balla hidrometeorologiya, 308 balla beynəlxalq ticarət və logistika, 315.1 balla biznesin idarə edilməsi və 324.9 balla coğrafiya ixtisasları olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 278 balla menecment olub. Bu ixtisas üzrə tədris ingilis dilində keçid balı 322.1 təşkil edib.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 288.6 balla marketinq, 303.3 balla biznesin idarə edilməsi (tədris ingilis dilində 329.6 bal), 315.6 balla beynəlxalq ticarət və logistika və 326.6 balla iqtisadiyyat ixtisasları olub.

Azərbaycan Texniki Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 272 balla menecment olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 280.6 balla marketinq, 287.9 balla biznesin idarə edilməsi (tədris ingilis dilində 298.7 bal), 303.4 balla iqtisadiyyat (tədris ingilis dilində 289.1 bal), 305.3 balla beynəlxalq ticarət və logistika və 314.2 balla nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) ixtisasları olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar qiyabi formada 200 balla iqtisadiyyat və menecment olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 229.2 balla davamlı inkişaf, 239.1 balla marketinq (qiyabi forma), 242.9 balla biznesin idarə edilməsi (qiyabi forma), 245 balla menecment, 261.6 balla marketinq (tədris ingilis dilində 294.4 bal), 271.3 balla biznesin idarə edilməsi və 276.8 balla iqtisadiyyat ixtisasları olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla coğrafiya müəllimliyi (Quba filialı) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 219.6 balla tarix və coğrafiya müəllimliyi (Cəlilabad filialı), 246.9 balla tarix və coğrafiya müəllimliyi (Şamaxı filialı), 278.2 balla coğrafiya müəllimliyi və 298.1 balla tarix və coğrafiya müəllimliyi (Şəki filialı) ixtisasları olub.

Azərbaycan Dövlət İqtisad Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 171.9 balla turizm işinin təşkili (Zaqatala filialı) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 196.5 balla biznesin idarə edilməsi (Zaqatala filialı), 200 balla beynəlxalq ticarət və logistika (qiyabi forma), dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma və Zaqatala filialı), iqtisadiyyat (qiyabi forma və Zaqatala filialı), maliyyə (Zaqatala filialı), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma və Zaqatala filialı), 235.3 balla maliyyə (qiyabi forma), 249.4 balla marketinq (qiyabi forma), 251.1 balla biznesin idarə edilməsi (qiyabi forma), 297.3 balla dövlət və bələdiyyə idarəetməsi (tədris türk dilində), 322.2 balla dövlət və bələdiyyə idarəetməsi, 324.8 balla biznesin idarə edilməsi (tədris türk dilində) və 335.3 balla menecment ixtisasları olub.

Bakı Mühəndislik Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 200 balla mühasibat və nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) olub. Bu ixtisasların qiyabi forması da 200 bal olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 207.1 balla iqtisadiyyat (tədris ingilis dilində), 211.5 balla marketinq (qiyabi forma), 221.5 balla dövlət və bələdiyyə idarəetməsi, 225.6 balla biznesin idarə edilməsi (qiyabi forma), 238.4 balla beynəlxalq ticarət və logistika (qiyabi forma 200 bal), 243 balla iqtisadiyyat (qiyabi forma 200 bal), 244.1 balla turizm işinin təşkili, 253.2 balla marketinq, 260.8 balla biznesin idarə edilməsi və 263 balla maliyyə ixtisasları olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 272.8 balla turizm bələdçiliyi olub.

Universitetdə digər ixtisaslar 298 balla turizm işinin təşkili və 303.8 balla sosiologiya ixtisasıdır.

Azərbaycan Turizm və Menecment Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla menecment olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 211.3 balla dövlət və bələdiyyə idarəetməsi, 246.2 balla beynəlxalq ticarət və logistika, 250.1 balla maliyyə, 265.2 balla biznesin idarə edilməsi, 288.8 balla turizm bələdçiliyi (qiyabi forma 201 bal) ixtisaslarıdır.

Milli Aviasiya Akademiyasında II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla maliyyə (tədris ingilis dilində) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 251.4 balla menecment, 272.3 balla biznesin idarə edilməsi və 282.4 balla iqtisadiyyat ixtisaslarıdır.

Qarabağ Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 201.6 balla turizm işinin təşkili olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 215.4 balla coğrafiya müəllimliyi, 224 balla maliyyə, 250.4 balla dövlət və bələdiyyə idarəetməsi, 259.1 balla beynəlxalq ticarət və logistika, 292.3 balla menecment və 299.3 balla iqtisadiyyat ixtisaslarıdır.

Naxçıvan Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 200 balla mühasibat (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 248.1 balla iqtisadiyyat (qiyabi forma), 287.4 balla marketinq, 293 balla turizm işinin təşkili, 298.9 balla menecment, 321.7 balla dövlət və bələdiyyə idarəetməsi və 326 balla coğrafiya ixtisaslarıdır.

Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə Şəhəri) II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 187.4 balla marketinq olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla menecment və mühasibat (qiyabi və tədris ingilis dilində 200 bal), 210.8 balla iqtisadiyyat (qiyabi forma 200 bal, tədris ingilis dilində 279.7 bal) və 222.3 balla biznesin idarə edilməsi ixtisasıdır.

Gəncə Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 157.8 balla turizm bələdçiliyi (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 167.3 balla turizm işinin təşkili (qiyabi forma), 172.9 balla marketinq (qiyabi forma), 174.5 balla turizm bələdçiliyi, 177.4 balla turizm işinin təşkili, 182.6 balla marketinq, 190 balla biznesin idarə edilməsi (qiyabi forma), 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat (qiyabi forma), maliyyə, menecment və mühasibat ixtisaslarıdır.

Azərbaycan Texnologiya Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 155.8 balla turizm bələdçiliyi (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 158.1 balla turizm bələdçiliyi, 162.3 balla turizm işinin təşkili (qiyabi forma), 163.5 balla turizm işinin təşkili, 170.3 balla marketinq (qiyabi forma), 180.3 balla marketinq, 200 balla beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma), iqtisadiyyat (qiyabi forma və tədris ingilis dilində), menecment, mühasibat və nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə), 200.4 balla biznesin idarə edilməsi ixtisaslarıdır.

Sumqayıt Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 200 balla beynəlxalq ticarət və logistika (qiyabi forma), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 208.2 balla marketinq (qiyabi forma), 213.9 balla biznesin idarə edilməsi (qiyabi forma), 229.5 balla iqtisadiyyat (qiyabi forma 200 bal), 245 balla marketinq, 249.5 balla maliyyə (qiyabi forma 200 bal) və 251.9 balla biznesin idarə edilməsi ixtisaslarıdır.

Mingəçevir Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 156.3 balla turizm bələdçiliyi (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 161.9 balla turizm işinin təşkili (qiyabi forma), 162 balla turizm bələdçiliyi, 168.6 balla marketinq (qiyabi forma), 172.9 balla turizm işinin təşkili, 182.2 balla biznesin idarə edilməsi (qiyabi forma), 189.7 balla marketinq, 200 balla dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma), iqtisadiyyat (qiyabi forma), maliyyə (qiyabi forma), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma) ixtisaslarıdır.

Lənkəran Dövlət Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 155.3 balla turizm bələdçiliyi (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 160.4 balla turizm işinin təşkili (qiyabi forma), 170.3 balla turizm bələdçiliyi, 170.8 balla marketinq (qiyabi forma), 174.8 balla turizm işinin təşkili və 189 balla marketinq ixtisaslarıdır.

Azərbaycan Kooperasiya Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 173.2 balla turizm bələdçiliyi (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 177.6 balla turizm işinin təşkili (qiyabi forma), 179.5 balla marketinq (qiyabi forma), 184.5 balla turizm bələdçiliyi, 185.2 balla biznesin idarə edilməsi (qiyabi forma), 190.2 balla marketinq, 198.8 balla biznesin idarə edilməsi, 200 balla beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi (qiyabi forma), iqtisadiyyat (qiyabi forma), maliyyə (qiyabi forma), menecment (qiyabi forma) və mühasibat (qiyabi forma) ixtisaslarıdır.

Azərbaycan Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 189 balla turizm işinin təşkili (qiyabi forma) və 198.8 balla marketinq (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla beynəlxalq ticarət və logistika, iqtisadiyyat (qiyabi forma), maliyyə (tədris ingilis dilində), menecment və mühasibat (tədris ingilis dilində), 210.9 balla biznesin idarə edilməsi (qiyabi forma), 215.1 balla turizm işinin təşkili, 224.3 balla turizm işinin təşkili (tədris ingilis dilində), 229.6 balla marketinq, 244.1 balla biznesin idarə edilməsi və 253 balla marketinq (tədris ingilis dilində), 258.9 balla biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisaslarıdır.

Qərbi Kaspi Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisas 176 balla turizm işinin təşkili (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 182.9 balla marketinq (qiyabi forma), 183.4 balla turizm bələdçiliyi, 186.9 balla turizm işinin təşkili (tədris ingilis dilində), 191 balla biznesin idarə edilməsi (qiyabi forma), 196 balla turizm işinin təşkili, 200 balla iqtisadiyyat (qiyabi forma), maliyyə (qiyabi forma) və mühasibat (qiyabi forma), 201.2 balla marketinq və 207.3 balla biznesin idarə edilməsi ixtisaslarıdır.

Xəzər Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 200 balla coğrafiya müəllimliyi, iqtisadiyyat (tədris ingilis dilində), maliyyə (tədris ingilis dilində), menecment (tədris ingilis dilində) və mühasibat (tədris ingilis dilində) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 228.7 balla marketinq (tədris ingilis dilində), 238.5 balla biznesin idarə edilməsi (tədris ingilis dilində) və 285.8 balla turizm işinin təşkili (tədris ingilis dilində) ixtisaslarıdır.

Bakı Avrasiya Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 184.6 balla turizm işinin təşkili (qiyabi forma) və 191 balla marketinq (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, menecment və mühasibat, 202.4 balla turizm işinin təşkili, 211.5 balla marketinq, 220.1 balla biznesin idarə edilməsi və 222.4 balla biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisaslarıdır.

Odlar Yurdu Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 180.1 balla turizm işinin təşkili (qiyabi forma) və 186 balla marketinq (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 195.5 balla biznesin idarə edilməsi (qiyabi forma), 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat (tədris ingilis dilində), maliyyə (tədris ingilis dilində və qiyabi forma), menecment (qiyabi və tədris ingilis dilində), mühasibat (qiyabi və tədris ingilis dilində), 202.6 balla turizm işinin təşkili, 209.5 balla turizm işinin təşkili (tədris ingilis dilində), 214.5 balla marketinq və 230.7 balla biznesin idarə edilməsi ixtisaslarıdır.

Bakı Biznes Universitetində II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 187.2 balla marketinq (qiyabi forma) və 195.3 balla biznesin idarə edilməsi (qiyabi forma) olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisaslar 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat (qiyabi və tədris ingilis dilində), maliyyə, menecment (qiyabi forma və qiyabi), mühasibat (qiyabi forma və qiyabi) və 203.6 balla marketinq, 218.3 balla biznesin idarə edilməsi ixtisaslarıdır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında II ixtisas qrupu üzrə ən aşağı keçid balına malik ixtisaslar 190.7 balla marketinq (qiyabi forma) və 200 balla dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə və mühasibat (qiyabi forma) ixtisasları olub.

Universitetdə aşağı keçid balına malik digər ixtisas 206.5 balla marketinq ixtisasıdır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?