Modern.az

Diasporumuzun parlamentdən gözləntiləri: Yeni simalar, yeni qanunlar, yeni yanaşmalar  

Diasporumuzun parlamentdən gözləntiləri: Yeni simalar, yeni qanunlar, yeni yanaşmalar  

Diaspor

23 Yanvar 2020, 14:14

Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri xaricdə yaşayan azərbaycanlıları nə qədər maraqlandırır

 

Ümumiyyətlə, onların yeni formalaşacaq ali qanunverici orqandan gözləntiləri nədir?

 

Modern.az  mövzu barədə xaricdə yaşayan diaspor təşkilatlarının rəhbərlərinin fikirlərini öyrənməyə çalışıb:

 

İsveçrə Azərbaycanlılarının  Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov:

 

 

Azərbaycanı diqqətlə izləyirik. Çox sevinirəm ki, ölkəmiz parlamenti dəyişikliklərin astanasındadır. İnanıram ki, yeni parlamentdə yeni simalar, yeni adlar çox olacaq.  Çünki köhnə sistemdən hamımız yorulmuşuq. Bunu tam açıq formada deyirəm. Yeni üzlər, yeni fikirlər, yeni düşüncələr Azərbaycanın daha da irəliləməsinə, qüvvətlənməsinə səbəb olacaq. Yetər ki,  seçkilərdə Azərbaycan insanları layiqli insanlara səs versinlər. Sadəcə sözlərinə görə yox, düşüncə və əməllərinə görə seçsinlər. Bu çox vacibdir. Belə olan təqdirdə Azərbaycan parlamenti gələcəkdə qüvvətli olacaq. Əsas odur ki, deputatlar öz mənafelərini deyil, xalqın mənafeyinə qulluq etsinlər.

 

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov :

 

 

Seçki prosesini yaxından izlədikləyirik. Xaricdə yaşayan azərbaycanlılar olaraq bizə Azərbaycanda keçiriləcək parlament seçkiləri çox maraqlı gəlir. Səhər və axşam parlamentlə bağlı bütün xəbərləri izləyirik. Təbii ki, parlamentdən gözləntilərimiz çoxdur. Yeniliklər gözləyirik. Yeniliyə çox ehtiyac var. Azərbaycanda hər bir yeni islahat xaricdə yaşayan azərbaycanlıların ümidlərinin doğrulması deməkdir. Azərbaycanda görüləcək çox işlər var. Cənab Prezidentimizin başlatdığı islahatlar öz töhfəsini verir. Parlamentin buraxılması,  məmurların işdən azad edilməsi və həbs edilməsi və sairə. Düşünürük ki, bütün bu olanlar xalqımızın rifahına, Azərbaycanın inkişaflı gəlcəyinə xidmət edir.  

Islahatların davamı olaraq ümid edirik ki, parlamentdə yeni simalar, yeni adlar olacaq. Xaricdə yaşayan soydaşlarımız parlamentdə eyni adamların hər dəfə seçilməsinə birmənalı yanaşmırlar. Təcrübəli, savadlı gənc nəslin parlamentdə olması çox önəmlidir. Özünə güvənən gənclərə yol verilməlidir. Yaşlı nəsil məncə gənclərə yerini verməlidir. Fikrimcə, parlamentdə gənclər çox olmalıdır. Parlament 1990-cı ilin parlamenti olmadığı kimi, insanların da düşüncəsi 1990-cı illərin düşüncəsi deyil. Ona görə də yeniliklərin olacağına ümid edirik.

 

Belçika-Hollandiya  Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyev :

 

 

Niderlandda yaşayan diaspor rəhbəri kimi Azərbaycan parlamentinin daha da gəncləşməsini istəyirik. Avropa və Qərb mədəniyyətini parlamentdə istifadə etsinlər. Yeni-yeni qanunlar  qəbul olunsun.  Qeyri-neft sektorunun inkişafı üçün parlament yeni qanunlar qəbul etsin. Avropa ilə daha keyfiyyətli əlaqələr yaratsınlar. Təqaüdçülərin, tələbələrin  əmək haqlarının artması üçün qanunlar qəbul etsələr yaxşı olar. Parlament elə qanun qəbul etməlidir ki. təqaüdçülər aldıqları təqaüd hesabına avropalılar kimi dünyanı gəzsinlər. Azərbaycan parlamentini gənc, yeniləşən görmək istəyirik. Parlamentdə musiqiçilərin, blogerlərin, idmançıların təmsil olunması doğru deyil. Çünki onların bir çoxunun qanunlardan başları çıxmır. Prosesləri bilmirlər. Ona görə də bu peşə sahiblərinin çox olması Milli Məclis üçün mənfi hal ola bilər. Hesab edirəm ki, yeniliklər çox olacaq.

 

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Yaşar Musayev:

 

  

 

Parlamentdən yeniliklər gözləiyrəm.  Seçkilərin şəffaf və demokratik keçirilməsini arzulayıram. Ümid edirəm ki, yeni parlament yeniliklərlə zəngin olacaq. Parlamentdə həqiqətən də xalqı təmsil edən kəsləri görmək istəyirəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək