Modern.az

Diaspor Komitəsi Qarabağla bağlı yeni layihəyə start verir

Diaspor Komitəsi Qarabağla bağlı yeni layihəyə start verir

24 İyun 2020, 18:03

Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihəyə başlayır. 

 

Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.

 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ Araşdırmalar Mərkəzi” ilə birgə həyata keçiriləcək. Mərkəz layihənin informasiya təminatını üzərinə götürüb. 

 

Layihə çərçivəsində Diaspor TV-də Azərbaycan və ingilis dillərində “Qarabağ saatı” adlı proqram yayımlanacaq, xaricdə yaşayan azərbaycanlı gənclərlə, eyni zamanda xarici mütəxəssislərlə debatlar, videokonfranslar təşkil olunacaq.

 

Layihənin məsləhətçisi və TV proqramının aparıcısı “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!