Modern.az

Fuad Muradov Laçın yolundakı aksiyadan DANIŞDI

Fuad Muradov Laçın yolundakı aksiyadan DANIŞDI

Diaspor

21 Dekabr 2022, 14:50

"Hazırda Azərbaycanın ekofəalları Xankəndi-Laçın yolunda Ermənistanın ekoloji terroruna qarşı aksiya keçirirlər".

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dekabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumunda deyib.

 

F.Murdaov bildirib ki, Ermənistan qeyri-qanuni olaraq sərvətlərimizi talamaqla məşğuldur. Komitə sədri dost ölkə  təşkilatlarının bu məlumatları bilmələrnin çox vacib olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır