Modern.az

Gələn il diaspora nə qədər vəsait ayrılacaq...

Gələn il diaspora nə qədər vəsait ayrılacaq...

Diaspor

2 Noyabr 2023, 11:02

Gələn il dövlət büdcəsindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 6,6 milyon manat vəsait ayrılıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.

 

Məlumata görə, dünyanın nüfuzlu televiziya kanallarında, informasiya portalında Azərbaycan mədəniyyətinin təbliği üçün verilişlərin, reklam çarxlarının hazırlanması və yayımlanması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,0 milyon manat və Azərbaycan Respublikasında fəaliyyət göstərən teatr-tamaşa müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılması və dövlət sifarişi ilə tamaşaların hazırlanması üçün 2,5 milyon manat vəsait nəzərdə tutulub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?