Modern.az

Fuad Muradov Heydər Əliyevə həsr olunmuş tədbirdə - FOTO/VİDEO

Fuad Muradov Heydər Əliyevə həsr olunmuş tədbirdə - FOTO/VİDEO

Diaspor

27 Oktyabr 2023, 12:13

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan tədbirdə Prezident Administrasiyasının, ADA Universitetinin, Azərbaycan diasporunun nümayəndələri, yerli ictimaiyyətin tanınmış şəxsləri və media mənsubları iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sonra Cefri Verbokun ümummilli lider Heydər Əliyevlə görüşü barədə videçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ölkəmizin ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər qələbə sevinci yaşadığı diqqətə çatdırılıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov, Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azeri, Quba Dağ Yəhudiləri icmasının üzvü Nisim Nisimov və başqaları amerikalı musiqiçinin Azərbaycan diasporu quruculuğunda fəal iştirakı, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında mühüm rolu, Azərbaycanla əlaqələrinin tarixi, uzun illər davam edən sarsılmaz dostluq münasibətləri, ölkəmizi, xüsusilə musiqimizi dünyada uğurla təbliğ etməsi, mədəniyyətimizə xidmətləri barədə danışıblar.

 

Daha sonra amerikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə çəkilmiş və 2016-cı ildə təqdim olunmuş bu filmin qəhrəmanlarından birinin – məcburi köçkün övladı olaraq çadır şəhərciyində böyümüş, sonradan İkinci Qarabağ müharibəsinin qazisi kimi şərəfli döyüş yolu keçmiş Nizami Paşayevin səhnəyə dəvət olunması alqışlarla qarşılanıb.

 

Qivami Rəhimlinin moderatorluğu ilə aparılan tədbirin bədii hissəsində Cefri Verbokun, Anar İmanovun və Əsgər Əsgərzadənin ifasında konsert proqramı təqdim edilib. 
 

 

Fuad Muradov Heydər Əliyevə həsr olunmuş tədbirdə - FOTO/VİDEO

Fuad Muradov Heydər Əliyevə həsr olunmuş tədbirdə - FOTO/VİDEO

Fuad Muradov Heydər Əliyevə həsr olunmuş tədbirdə - FOTO/VİDEO

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?