İsveçin SAPO adlı təhlükəsizlik polisi Stokholmda qanlı hücumlar törətməyi planlaşdıran 8 İŞİD üzvünü həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçlilər terrorçular barədə həmin məlumatı İraq xüsusi xidmət orqanlarından alıblar.Həbs olunan İŞİD-çilər paytaxt Stokholmdakı mülki obyektlərə və dövlət müəssisələrinə hücumlar planlayıb.
Sonuncu dəfə martın 22-də Belçikanın Brüsselin şəhərində 32 nəfərin ölümü ilə nəticələnən terror aktları baş vermişdi.
Vüqar İsmayılov