Modern.az

Ukraynada dəfn mərasimində 106 avtoritet saxlanılıb

Ukraynada dəfn mərasimində 106 avtoritet saxlanılıb

28 Avqust 2016, 21:47

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətində kriminal avtoritetlərin kütləvi şəkildə saxlanılması üzrə böyük əməliyyat həyata keçirib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü İdarənin mətbuat xidməti məlumat yayıb.

"UTX milli polislə birgə Svyatoqorsk rayonunda Ukrayna ərazisində qalmalarının qanuniliyini yoxlamaq məqsədi ilə "qanuni oğrular"dan birinin dəfn mərasiminə gələn 106 kriminal avtoriteti saxlayıb", - deyə məlumatda bildirilir.

Xüsusi xidmət orqanının məlumatına görə, saxlanılanlar arasında bir sıra ölkələrdən gəlmələr də var.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı