Modern.az

Əfqanıstanda İŞİD komandiri öldürülüb

Əfqanıstanda İŞİD komandiri öldürülüb

Dünya

28 Yanvar 2017, 20:14

Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində təşkil olunan hava hücumunda terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) bir mühüm komandirinin öldürüldüyü bildirilib. Modern.az xarici mediaya istinadən bildirir ki, Nanqarhar Polis İdarəsinin sözçüsü Hazrat Həsən Maşrikival açıqlamasında, NATO qüvvələrinə aid insansız hava vasitəsinin, Nanqarharın Açın rayonundakı İŞİD mövqelərini bombaladığını deyib.

Hücumda terror təşkilatı İŞİD-in əhəmiyyətli komandirlərindən Qazı Şahid ilə terror qruplaşmasının üzvünün öldürüldüyünü ifadə edən Maşrikival, 5 terrorçunun də yaralandığını söyləyib.

 

Maşrikival, digər tərəfdən Nanqarharın Hasaki Mine rayonunda çıxan qarşıdurmada 3 İŞİD yaraqlısının öldürüldüyünü, ikisinin də yaralandığını qeyd edib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi