Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq kürdlərinə xəbərdarlıq edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkə rəhbəri kürdlərin müstəqillik elan edəcəyi təqdirdə bu regiondan Türkiyəyə gələn neft kəmərlərini bağlayacağını deyib.
“Şimali İraq rəhbərliyinin hansı yollarla nefti ixrac edəcəyinə baxaq. Biz əgər yolu bağlasaq, onlar heç kimə neft sata bilməyəcək” –deyə Ərdoğan vurğulayıb.