Rusiyada ekstremist təşkilatının 69 üzvü saxlanılıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının üzvləri Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda keçirdikləri birgə əməliyyat nəticəsində saxlanılıb.
Məlumata görə, gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Axtarışlar zamanı saxlanılan şəxslərdən rabitə vasitələri, ekstremist ədəbiyyat, qanunsuz fəaliyyət barədə hesabatların əks olunduğu elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülüb.