Modern.az

Beynəlxalq təşkilatdan Yaponiyaya nüvə silahı ilə bağlı ÇAĞIRIŞ

Beynəlxalq təşkilatdan Yaponiyaya nüvə silahı ilə bağlı ÇAĞIRIŞ

Dünya

16 Yanvar 2018, 21:56

Beynəlxalq Təşkilat  Yaponiyanı “nüvə silahlarının qadağan edilməsi”  haqqında müqaviləyə qoşulmağa çağırır.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, ötən il Nobel Sülh Mükafatına layiq görülən təşkilat qrupunun lideri Yaponiyanı nüvə silahlarını qadağan etmək üçün hazırlanmış Birləşmiş Millətlər Təşkilatının müqaviləsinə qoşulmağa çağırır.

Nüvə Silahının Ləğv Edilməsi üzrə  Beynəlxalq Kampaniya nüvə silahları ilə yürüdülən strategiyanın heç bir halda sülhə gətirib çıxarmayacağı qeyd edir.

Nüvə Silahının Ləğv Edilməsi üzrə  Beynəlxalq Kampaniyanın icraçı direktoru (ICAN) Beatrice Fihni çıxışında qeyd edib ki, Şimali Koreya raket və nüvə inkişafını beynəlxalq təzyiqlərə zidd olaraq davam etdirdiyi bir vaxtda Yaponiyadan dəstək gözləyir.

 

İCAN, ötən ilin iyul ayında 122 ölkə tərəfindən qəbul edilən “Nüvə Silahlarının Qadağan edilməsi haqqında” müqavilə üçün kampaniya təşkil edən qeyri-hökumət təşkilatlarının beynəlxalq koalisiyadır.

 

Nüvə silahlarından əziyyət çəkən yeganə ölkə Yaponiyadır ki, BMT ilə bu istiqamətli hər-hansısa danışıqlarda iştirak etmir. Rəsmi Tokyo hələ də bununla bağlı sülh müqaviləsini imzalamayıb.

İCAN rəsmisi etdiyi şərhdə Yaponiyadan dəstək gözlədiyini və Yaponiyanın nüvə silahlarının qadağan edilməsində əsaslı səlahiyyətlərə sahib ola biləcəyini qeyd edib.

 

 



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var