Modern.az

Suriyada Rusiya hərbi təyyarəsi vuruldu - Yenilənib

Suriyada Rusiya hərbi təyyarəsi vuruldu - Yenilənib

Dünya

3 Fevral 2018, 21:28

Rusiyanın Müdafiə Nazirliyi "Su-25" təyyarəsinin Suriyada vurulduğunu təsdiqləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin pilotu nı ölüb.

Rusiyanın Müdafiə Nazirliyi qırıcının yaraqlılar tərəfindən vurulduğunu və pilotun öldüyünü təsdiq edib.

Qeyd olunur ki, pilot katapult etsə də, terrorçular tərəfindən öldürülüb.

 

20:31

 

Suriya üsyançılarının nəzarətində olan İdlib şəhəri yaxınlığında Rusiyanın “SU-25” hərbi təyyarəsi vurulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Suriya fəallarının İnsan Haqları Müşahidə Mərkəzindən verilən xəbərə görə, yerə düşənədək təyyarədən atılan pilot ələ keçirilib.

 

Sosial mediada yayılan videolar təyyarənin vurulduğu anları əks etdirir. Başqa videolarda isə yerə düşmüş təyyarənin yanmış qalıqlarını görmək olar.

 

Amma nə pilotun müqəddəratı, nə də ki təyyarənin kim tərəfindən vurulduğu barədə təsdiqlənmiş məlumat verilmir.

 

Qeyd  edək ki, Rusiya Suriya ilə yanaşı bölgədəki üsyançılara qarşı əməliyyatda iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!