Ukraynanın Baş prokuroru Yuri Lutsenko vəzifəsindən istefa verdiyini açıqlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Ali Rada da çıxışı zamanı bunu söyləyib.
“Heç kimin hakimiyyətdən yapışmadığını sübut etmək üçün postumdan istefa verirəm. Xahiş edirəm ki, bu həftə məsələyə baxasınız”- deyə Lutsenko deyib.
Xatırladaq ki, o 2016-cı ilin mayından Baş prokuror olub.