ABŞ-da növbəti dəfə silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İndiana ştatının şimal-şərqində, Fort-Ueyn şəhərində baş verib. Yaşayış evində baş verən silahlı insident zamanı azı 3 nəfər ölüb. Ölənlərdən ikisi kişi, biri qadındır.
Hadisə zamanı daha 2 nəfər yaralanıb. Onların vəziyyəi kritik qiymətləndirilir.
Polis hadisə ilə bağlı təhqiqat aparır.