Sosial şəbəkədə Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb. Modern.az axar.az-a istinadən xəbər verir ki, yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.
Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.
Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.