Modern.az

ABŞ-da FETÖ-çuların həbsinə başlanıldı

ABŞ-da FETÖ-çuların həbsinə başlanıldı

Dünya

17 Dekabr 2018, 21:19

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin rəhbəri olduğu təşkilatın (FETÖ) üzvlərinin həbslərinə başlayıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

 

Mövlud Çavuşoğlunun sözlərinə görə, FETÖ-ya qarşı 15 ştatda iş aparılır: “Nyu-Cersi ştatında artıq həbslərə başlanılıb. Digər ştatlarda da əməliyyatlar davam etdirilir”.

Qeyd edək ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi