ABŞ Dövlət katibi Mayk Pompeo prezident Donald Trampın təzyiqləri nəticəsində NATO-ya üzv ölkələrin əlavə 100 milyard dollar vəsait tapdığını dilə gətirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə yerli telekanala açıqlamasında deyib.
“Hazırda NATO Baş katibinin 100 milyard dollar əlavə vəsaiti var. Prezident Tramp təzyiq göstərməsəydi, bu vəsait olduğundan xeyli az olacaqdı”.