Modern.az

Fransada zorakılığa qarşı etirazlar

Fransada zorakılığa qarşı etirazlar

27 Yanvar 2019, 20:08

Fransanın paytaxtında etirazlar davam edir. Modern.az xəbər verir ki, bu dəfə Parisdə ölkədə qayda-qanunun bərpasını tələb edən və "sarı jiletlərin" aksiyaları zamanı zorakılığa qarşı çıxış edən "qırmızı yaylıqlar" hərəkatı tərəfindən "Respublika marşı" keçirilir.

Məlumata görə, yağışlı və soyuq havaya baxmayaraq, aksiyada çoxlu sayda insan iştirak edir. Etirazçılar "Zorakılığa - yox", "İnstitutlarımıza - hörmət" kimi şüarlar səsləndirir.

Aksiyada 7 avroluq futbolka almaq olar, onun bir tərəfində "Mən respublikamı sevirəm", digər tərəfində isə "Zorakılığa - yox" yazılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!