Türkiyədə torpaq sürüşməsi olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Kağızxana bölgəsində qeydə alınıb. Belə ki, inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi olub. Torpaq sürüşməsi dördmərtəbəli binanın uçmasına səbəb olub. Binanın uçması nəticəsində xəsarət alan olmasa da, bir neçə avtomobilə ziyan dəyib.
Ətrafdakı binalarda məskunlaşan sakinlər təxliyyə edilib.