Modern.az

Suriya erməniləri Türkiyəyə qarşı qoşun toplayır - FOTOLAR

Suriya erməniləri Türkiyəyə qarşı qoşun toplayır - FOTOLAR

23 Aprel 2019, 14:34

Suriyada kürdlərdən ibarət “Demokratik İttifaq Partiyası” (PYD) nəzarətdə saxladığı ərazilərdə erməni döyüşüçlərdən ibarət ”Nibar Ozanyan adına briqada” adlı hərbi birlik yaradıb.

 

Suriyanın kürdlərin nəzarəti altında olan şimal və şərq bölgələrində yaratdığı qruplaşma 80-90-cı illərdə türk ordusuna və Qarabağda Azərbaycana qarşı təcüvüzdə iştirak etmiş, Türkiyə Marksist-Leninist Kommunist Partiyasının üzvü, terrorçu Nubar Ozanyanın adına belə adlanır. Ozanyan 2017-ci ilin avqustunda Suriyada döyüşlər zamanı öldürülmüşdü.

 

Yaradılan hərbi birlik Əl-Qamışlı şəhərində Türkiyə ilə sərhəd yaxınlığında formalaşır. Erməni birqadasının məqsədi PYD-nin silahlı qanadı olan YPG ilə birlikdə Türkiyə ordusunun bölgəyə gözlənilən hərbi müdaxiləsinə silahlı müqavimət göstərməkdir.

”Nubar Ozanyan briqadası”nın sırlarında 300-ə qədər silahlı erməni döyüşçüsünün olacağı planlaşdırılır.  

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı