Modern.az

Dünya iqtisadiyyatı 3 geosiyasi bloka bölünüb - BVF

Dünya iqtisadiyyatı 3 geosiyasi bloka bölünüb - BVF

Dünya

8 May 2024, 10:48

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertlərinin fikrincə, dünya iqtisadiyyatı geosiyasi fərqlərin təsiri altında ABŞ və Çinə arxalanan bloklara bölünüb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bir-biri ilə əlaqəsi olmayan dövlətləri özündə birləşdirən üçüncü blok da var.

 

BVF ekspertləri qeyd edib ki, 2022-ci ilin ikinci rübündən 2023-cü ilin üçüncü rübünə qədər olan dövrdə ABŞ bloku ölkələri ilə Çin blokuna daxil olan ölkələr arasında ticarətin orta çəkili rüblük artımı orta çəkili rüblük göstəricidən demək olar ki, 5 faiz bəndi aşağı olub.

 

Eyni zamanda, bloklar arasında ticarətin rüblük artımı cəmi 2 faiz bəndi azalıb, Ukraynada müharibənin başlanmasından sonrakı dövr ərzində ekspertlər qeyd edirlər ki, bloklar arasında ticarət dövriyyəsi təxminən 12-20% azalıb.

 

BVF-nin məlumatına görə, dünya iqtisadiyyatının üç qrupa bölünməsi tendensiyası mallar, xidmətlər və investisiyalar üzrə mövcud ticarət məhdudiyyətlərinin sayının artmasına səbəb olub ki, onların ümumi sayı 2023-cü ildə 3 mini keçib.2017-ci ildən başlayaraq dövr ərzində 2023-cü ilə qədər Çinin ABŞ-a idxal payı ölkələr arasında ziddiyyətlər fonunda 8% azalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi