“Türkiyəyə ibrət dərsi keçənlər və insan hüquqlarında danışan ölkələrin özlərinin də tarixi qanlıdır”.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyip Ərdoğan açıqlama verib.
“Soyqırmı günü” ilə bağlı xüsusi çıxış edən Ərdoğan Fransanı belə ölkələrin sırasına aid edib.
“Tarixin dərinliklərinə getsək, bu gün azadlıq və demokratik bağıran ölkələrin əksəriyyəti genosid və insan hüquqlarının pozulması ilə məşğul olub”.
Ərdoğan Türkiyənin dövlət arxivlərinin açıq olduğunu və istənilən ölkənin 1915-ci il hadisələri ilə bağlı araşdırma apara biləcəyini vurğulayıb.