Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkəsinin milli valyutadan imtinasına qarşıdır.
Modern.az xəbər verir ki, Polşa Mərkəzi Bankının rəhbəri bu barədə fikrinin qəti olduğunu bildirib.
O qeyd edib ki, milli valyuta zlotıdan imtina ölkə iqtisadiyyatının dinamik inkişafına zərbə vurar: “Bu vəzifədə olduğum müddətdə ölkəmin avroya keçidinə imkan verməyəcəyəm”.
Qeyd edək ki, Polşa 2004-cü ildən Avropa İttifaqının üzvü olsa da, ölkədə avro deyil, milli valyuta zlotı dövriyyədədir.