Modern.az

Roma Papası liftdə qaldı  

Roma Papası liftdə qaldı  

Dünya

1 Sentyabr 2019, 17:27

Roma Papasının dindarlarla Müqəddəs Pyotr kilsəsində ənənəvi bazar görüşü təxminən yarım saatlıq gecikmə ilə başlayıb.

 

“RİA Novosti” xəbər verir ki, buna səbəb Papanın liftdə qalması olub.

 

Tərəfdarlarına səslənən Papa Fransiskus gecikdiyi üçün üzr istəyib və 25 dəqiqə liftdə qaldığını deyib. O, daha sonra xilas edildiyi üçün yanğınsöndürənlərə təşəkkür edib.

 

Bəlli olub ki, Papa onu şəxsi yaşayış yerindən Apostol sarayının dördüncü mərtəbəsinə qaldıran kiçik liftdə qalıbmış.

 

Liftə əsas çıxış olan V Sikst qapısı Vatikanın ictimaiyyət üçün ən qapalı ərazilərindən biri hesab olunur. (Oxu.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!