Modern.az

Rusiyaya məxsus gəmi yandı

Rusiyaya məxsus gəmi yandı

26 Sentyabr 2019, 23:59

Rusiyaya məxsus gəmi yanıb.

 

Modern.az  xəbər verir ki,  “Norebo Qrup”a aid “Buxta Nayezdnik” adlı balıqçı gəmisi Norveçin Tromso limanında alışıb.

Məlumata görə, yanğına səbəb Tromsoda təmirə dayanan gəmidə aparılan qaynaq işləri olub.

Məlumatda bildirilir ki, göyərtədə 29 ekipaj üzvü olub, onlardan 12-si həkimə müraciət edib.

Hazırda ekipaj üzvləri otellərə yerləşdirilib. hüquqi prosedurlardan sonra onlar Murmanska gətiriləcək.

Qeyd olunur ki, yanğın nəticəsində gəmi tamamilə yararsız hala düşüb və batıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi