BMT və Qırmızı Aypara Cəmiyyəti Türkiyənin apardığı “Barış mənbəyi” əməliyyatı zamanı ölü sayını açıqlayıb.
Modern.az xəbər verir ki, BMT-nin Humanitar Məsələləri üzrə İdarəsi oktyabrın 9-da başlanan hərbi əməliyyatlar zamanı 42 dinc sakinin həlak olduğunu, daha 146 nəfərin isə yaralandığını bildirib. Ölənlərdən 12-si Serekanya şəhərini tərk etmək istəyən zaman türk ordusunun artilleriya atəşi nəticəsində həlak olub.
Bu müddətdə, türk ordusunun 16, Türkiyə tərəfində vuruşan silahlıların 129, kürd qruplaşmalarının isə 166 döyüşçü itirdiyini bildirib.