Modern.az

Rusiyada İNSİDENT - Hərbçi 8 əsgəri öldürdü, 2-ni yaraladı

Rusiyada İNSİDENT - Hərbçi 8 əsgəri öldürdü, 2-ni yaraladı

Dünya

25 Oktyabr 2019, 16:28

Rusiyanın Zabaykalye vilayətindəki hərbi hissələrdən birində silahlı insident baş verib.

Modern.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, hərbçilərin atəşə tutulması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə cümə günü yerli vaxtla saat 18:20-də baş verib.

Məlumata görə, hərbçilərdən biri qarovul növbəsi dəyişərkəın xidməti silahından əsgərlərə tərəf atəş açıb.

Müdafiə Nazirliyi hadisə yerinə komissiya göndərib. Komissiyaya müdafiə nazirinin müavini başçılıq edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi