Modern.az

Ermənistan Avropa İttifaqına üzv olacaq? – Paşinyan cavablandırdı

Ermənistan Avropa İttifaqına üzv olacaq? – Paşinyan cavablandırdı

Dünya

12 Noyabr 2019, 16:13

Ermənistan baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Paris Sülh Forumunu ziyarət edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, amerikalı jurnalist Paşinyana ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı sual verib.

 

“Düşünmürəm ki, Avropa Birliyinə üzv olacağıq. Çünki Avrasiya İqtisadi Birliyinə üzvük. Münasibətləri bu təşkilatda inkişaf etdirmək niyyətindəyik. Bu iqtisadi birlik bizim üçün çox önəmlidir. Ona görə bu tip gündəlik planda yoxdur”- deyə Paşinyan cavab verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır