ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona qəzəblənib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ liderinin qəzəbinə Makronun “NATO-da beyin ölümü baş verib”- deyimi olub. Makron NATO üzvü olan ABŞ və Avropa ölkələri arasında birgə koordinasiyanın çox aşağı səviyyədə olmasından gileylənmişdi.
Trampın çoxdan Makrona qəzəbli olduğu vurğulanır.