Modern.az

Türk əsgərləri Suriyada 10 terrorçunu məhv etdi

Türk əsgərləri Suriyada 10 terrorçunu məhv etdi

3 Aprel 2020, 16:21

Türkiyə Silahlı Qüvvələri Suriyanın Tel Abyad bölgəsində 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 
 
Qeyd olunub ki, terrorçular “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı əraziyə girmək istədikləri zaman məhv ediliblər.
 
 
T.İSMAYIL
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!