ABŞ prezidenti Donald Trampın kürəkəni və köməkçisi Cared Kuçner prezident seçkilərinin təxirə salınmasını istisna etməyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 3-də baş tutacaq seçkilərin keçirilməsinə koronavirus mane ola bilər.
“Prezident seçkiləri təxirə salına bilər. Mən söz verə bilmərəm ki, seçkilər elan olunduğu tarixdə baş tuta bilər”.
ABŞ-da 1 411 148 koronaviruslu xəstə var. Virus 83 564 nəfərin ölümünə yol açıb.