Modern.az

Türkiyədə də maska taxmayanlar cərimələnəcək

Türkiyədə də maska taxmayanlar cərimələnəcək

21 İyun 2020, 23:54

Türkiyədə yeni koronavirusun yayılması ilə əlaqədar 22 İyundan etibarən maska taxmayan vətəndaşlar cərimələnəcək.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, maskaların taxılması ölkənin bütün vilayətlərində məcburi olacaq.

Belə ki, 48 vilayətdə maskalar taxmaq bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə məcburidir.

Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!