Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 143 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.
Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 239 229 nəfərə, ölənlərin sayı isə 2 773 nəfərə çatıb.
Virusa yoluxanlardan 225 335 nəfərin sağaldığı bildirilir.