Modern.az

Dünyada koronavirusdan ölənlər 3 milyonu ötdü

Dünyada koronavirusdan ölənlər 3 milyonu ötdü

Dünya

19 Aprel 2021, 08:53

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 809 mindən çox artıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 809 004 nəfər yeni koronavirusa yoluxub, 11 481 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 140 322 903, ölənlər isə 3 003 794 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi