Modern.az

Türkiyədə siyasi partiyanın bağlanması tələb olundu

Türkiyədə siyasi partiyanın bağlanması tələb olundu

8 İyun 2021, 00:54

Türkiyə Ali Məhkəməsi Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) bağlanması tələbilə yenidən Konstitusiya Məhkəməsinə müraciət edib.

 

Modern.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, müvafiq iddianamə artıq məhkəməyə göndərilib.

 

Məlumatda bildirilir ki, 850 səhifəlik iddianamədə 500-ə yaxın partiya üzvünün siyasi fəaliyyətinə qadağa qoyulması tələb edilir. Sənəddə, həmçinin partiyanın bank hesablarının dondurulması istəyi öz əksini tapır.

 

Qeyd edək ki, hazırda HDP Türkiyə Böyük Millət Məclisində 54 deputatla təmsil olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!