Modern.az

Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB

Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB

Dünya

19 Sentyabr 2021, 23:24

Fransa Prezidenti Emmanuel Makron İsveçrəyə planlaşdırılan səfərini ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Le Matin Dimanche” və “Sonntags Zeitung” nəşrləri Fransa hökumətindəki mənbələrinə istinadən yazıblar.

 

Makronun İsveçrə Prezidenti Qi Parmelan ilə görüşü üçün planlaşdırılan bu səfərə 6 ay hazırlıq görülmüşdü.

 

Noyabr ayında planlaşdırılan səfərin ləğv edilməsinə səbəb İsveçrənin Fransadan “Rafale” tipli döyüş təyyarələri almaqdan imtina etməsidir.

 

Rəsmi Paris döyüş təyyarələrini dəyişdirmək istəyən İsveçrəyə 6 milyard dollar dəyərində Fransa istehsalı qırıcılar təklif etmişdi. İsveçrə bunun əvəzinə ABŞ-da F-35 döyüş təyyarələri almağa qərar verib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir