Modern.az

Ohanyandan ABSURD FİKİR: “Yolların açılması Ermənistanı blokadaya salacaq”

Ohanyandan ABSURD FİKİR: “Yolların açılması Ermənistanı blokadaya salacaq”

Dünya

4 Noyabr 2021, 14:20

“Cənubi Qafqazda yolların açılması Ermənistan və Qarabağın blokadaya alınmasına səbəb olacaq”.

 

Modern.az xəbər verir ki, bu absurd fikri Ermənistanın eks-müdafiə naziri, “Ermənistan” blokunun fraksiya rəhbəri Seyrah Ohanyan söyləyib.

 

O, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına qarşı çıxıb.

“Hakimiyyət daxili, xarici və təhlükəsizlik siyasətinə yenidən baxmalıdır. Onlar regionda kommunikasiyaların açılmasından danışır. Halbuki, bu Qarabağ və Ermənistanın blokadaya düşməsi deməkdir. Burada iqtisadi təzyiq amili də olacaq”,- deyə Ohanyan qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi