Modern.az

Missisipi ştatında edamlar bərpa edilib

Missisipi ştatında edamlar bərpa edilib

Dünya

18 Noyabr 2021, 21:22

ABŞ-ın Missisipi ştatında 9 illik fasilədən sonra edam qərarlarının icra olunması bərpa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti yazıb.

 

Ölüm hökmünün tətbiq olunduğu digər ABŞ ştatları kimi, Missisipi ştatında da ölümcül inyeksiya üçün lazım olan dərmanların əldə edilməsində çətinliklər yaranıb və bu, edamların 9 il gecikməsinə səbəb olub.

 

10 il əvvəl arvadını güllələyərək qızına onun gözü qarşısında 3 dəfə təcavüz edən Devid Nil Koks adlı məhkum dünən edam edilib. 50 yaşlı Koks “ölməyə layiq olduğunu” deyib və edamına qarşı olmadığını bildirib.

 

Avropanın “Lundbeck” adlı əczaçılıq şirkəti 10 il əvvəl ölüm cəzası tətbiq edən ABŞ ştatlarına öldürücü inyeksiya satmaqdan imtina edib və Avropa İttifaqı üzv dövlətlərə ABŞ-a öldürücü inyeksiya ixracını qadağan edib. Missisipi rəsmiləri öldürücü iynəni haradan aldıqlarını açıqlamayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir