Bu gün İran İslam Respublikası öz Silahlı Qüvvələr gününü qeyd edir. Modern.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə təşkil olunmuş tədbirdə İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. Prezident bildirib ki, İran tarix boyu bölgədə təhlükəsizliyin qarantı olub. Əhmədinejad onu da əlavə edib ki, İran milləti min illər boyunca regionda və dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi üçün mübarizə aparıb. Dövlət başçısı həmçinin İran ordusunun dünya ölkələri üçün model olduğunu da vurğulayıb.
Aqşin