Modern.az

Qiyamət gününü xatırladan zəlzələ görüntüləri - VİDEO

Qiyamət gününü xatırladan zəlzələ görüntüləri - VİDEO

17 Fevral 2023, 11:26

Türkiyənin Kahramanamraş vilayətində minlərlə insanın ölümünə səbəb olan zəlzələ anının dəhşətli görüntüləri yayılıb.

 

Modern.az-ın məlumatına görə, video şəhər sakinləri tərəfindən lentə alınıb.

 

Sosial şəbəkələrdə paylaşılan kadrlardan göründüyü kimi, zəlzələdən sonra insanlar təşvişə düşüb, çətin anlar yaşayıblar.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!